Bu barədə AMEA Arxeologiya və Antroplogiya İnstitutundan məlumat verilib.
Bildirilib ki, Azıx mağarasında artıq ikinci ildir ki, Azərbaycan-Almaniya və Azərbaycan-Danimarka beynəlxalq arxeoloji ekspedisiyası fəaliyyət göstərməkdədir:
"Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonası ərazisində, xüsusilə də Azıx və Tağlar abidələrində Almaniya, Danimarka və Yaponiya elmi mərkəzləri ilə bağlanmış memorandumlara uyğun müştərək beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir". (Report)