Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu dönəmlərdə Ermənistanın həmin məkanların "demoqrafik vəziyyətini dəyişmək" üçün dünyanın müxtəlif ölkələrindən olan erməniləri məskunlaşdırdığı yaşayış məntəqələri arasında Zabux ilə yanaşı, Laçın şəhəri və Sus kəndi də vardı.
Ermənistandan Xankəndinə uzanan və "Laçın dəhlizi" adlandırılan marşur üzərində olan Laçın şəhərini, Sus və Zabux kəndlərini ermənilər Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən tərk etməli idilər.
Bunun müqabilində Azərbaycan "Laçın dəhlizi"nə alternativ yol çəkib.