30.04.2024, 07:30
AZ EN
17.04.2024, 14:39 220

Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən məscidlər

QARABAĞ
  • Bu səs Qayıdışdan xəbər verir. Qarabağ və Şərqi Zəngəzurda gedən bərpa  işlərində məscid və dini abidələrimizə xüsusi diqqət göstərilir. Azad olunan ərazilərimizdə 400-dən çox tarixi-dini abidələrimiz var ki, bunlardan 67-si məscidlərdir. Ermənilər işğal dövründə məscidlərimizə,  dini abidələrimizə ciddi ziyan vuraraq yer üzündən siliblər. Şuşada 3, Füzulidə 2, Cəbrayıl və Qubadlıda 1 məscid, Ağdərədə isə 1 məbəd tamamilə dağıdılıb.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli:

-İşğal dövründə tarixi abidə kimi dövlət qeydiyyatına alınan 9 türbə, 3 qəbiristanlıq və 7 məscidin tamamilə dağıdılaraq yer üzündən silindiyi müəyyən edilmişdir. Eyni zamanda memarlıq abidəsi kimi dövlət qeydiyyatında olan 25 məscid, 14 türbə, 2 arxeoloji türbə olan sərdabənin ciddi dağıntılara məruz qoyularaq yararsız vəziyyətə salındığı faktı müəyyən edilmişdir.

Ermənilər tərəfindən alban-xristianlıq dövrü abidələrinə dəyən ziyan da az deyil. 2 məbədin döyüş mövqeyi kimi istifadə edildiyi, bir çox abidələrin  kiril və erməni əlifbaları ilə yazılan söz və ifadələrin olduğu müəyyən edilmişdir. 1 məbəd tamamilə dağıdılaraq yer üzündən silinmişdir. 20 məbədin isə  dağıdılaraq yararsız hala salındığı, eyni zamanda bir sıra abidələrin də özününküləşdirməyə məruz qoyulduğu müəyyən edilmişdir. Həmçinin işğal dövründə monitor zamanı da aşkar edilmişdir ki, bir sıra abidələrin  ətrafına və içərisinə  minalar döşənmişdir.

Qarabağda məscidlərimizə və dini abidələrimizə dəyən ziyanın öyrənilməsi ilə bərabər  onların bərpası istiqamətində də ciddi addımlar atılır. Bundan başqa ərazidə yeni məscidlər də tikilir.

Millət vəkili Ceyhun Məmmədov:

-Şuşada çoxlu məscidlər var. Artıq bu məscidlərin bir neçəsi hazırdır. Biri bildiyimiz kimi hazırdır, digərləri isə yaxın günlərdə istifadəyə veriləcək. Eyni zamanda Şuşada bu gün müasir üslubda bir məscid tikilir. Həmçinin Şuşada mövcud olan kilsə bərpa olunur. Hazırda o istiqamətdə işlər gedir. Ağdamda bizim qədim  məscidimiz bərpa olunur. Artıq orda da işlər sürətlə gedir. Xarici memarların iştirakı ilə ən yüksək səviyyədə bu məscidin bərpası ilə bağlı addımlar atılır. Eyni zamanda Zəngilanda vaxtilə ermənilərin  donuz, inək saxladıqları məscidlər artıq bərpa olunur. Burda da işlər çox sürətli formada həyata keçirilir.

Həmçinin Hadrutda, Daşaltıda, Suqovuşanda da yeni məscidlər inşa olunur. Bu da həmin ərazilərdə  dini və milli kimliyin göstəricisidir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər