21.11.2024, 20:21
AZ EN
07.07.2023, 08:00 389

Ağdam rayonu, Şotlanlı kəndi

QARABAĞ

Şotlanlı kəndi Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazisinə daxildir. Kəndi İrandan gələn kürd tayfaları formalaşdırmışdır. Kökü əcəmi kürdlərinə gedib çıxan Şotlanlı kəndinin əhalisi qədim zamanlarda Türkiyədən Cənubi Azərbaycanın Sərab ərazisinə - Şəqaqi elinə gəlmişlər. Tədqiqatçıların fikrincə burada yaşamış Satiranlı oymağı Şotlanlıların kökü hesab edilir. 1828-ci ildə Türkmənçay müqaviləsi bağlandıqdan sonra sonuncu Sərab xanı Sadıq xan Şəqaqinin oğlu Cahangir xan Şəqaqi ilə birlikdə Zəngəzur mahalının, indiki Qubadlı rayonunun Zilanlı kəndinə köçmüşlər. Bir müddət sonra camaat Ağdam rayonunun Şotlanlı kəndinin əsasını qoymuşdur. İndi Şotlanlı kəndi Ağdam rayonunun inzibati ərazi vahididir. Erməni işğalına qədər Şotlanlı əhalisi 279 ailə, 1382 nəfərdən ibarət olmuşdur. 1994-cü ilin aprel ayının 23-də işğal olunmuş kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər