01.07.2025, 18:58
AZ EN
17.10.2023, 10:04 429

Füzuli rayonu, Qaraxanbəyli kəndi

QARABAĞ
  • Füzuli rayonunun Qaraxanbəyli kəndi eyni adlı inzibati ərazi vahidindədir. Köndələnçayın (Araz qolu) sahilində düzənlikdə yerləşir.

Kənd Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çevirmişlər. 

Əhalisinin əsas məşğuliyyəti  kənd təsərrüfatı - əkinçilik və heyvandarlıq olmuşdur.

Yaşayış məntəqəsi XVIII əsrdə Pənahəli xanın Naxçıvandan Qarabağa köçürdüyü kəngərlilərin Qaraxanbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

Qarabağda bu el Qacarlı, Məhəmmədli, Eynəddinli, Məşədi Əhmədli və Qaradağlı tirələrindən ibarət olmuşdur.

27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər