21.05.2024, 19:21
AZ EN
05.09.2023, 14:42 258

Füzuli rayonu, Yuxarı Güzlək kəndi

QARABAĞ

Yuxarı Güzlək kəndi Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidinə daxildir. Yuxarı Güzlək kəndi Qozluçayın sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Güzlək olmuşdur. XIX əsrdə buradan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılmışdır. Güzlək komponenti türk dillərində "payız otlağı" mənasındadır. Oykonimin birinci komponenti isə yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqeyi əks etdirir. Əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq olub. Kənd 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində işğaldan azad edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər