Azərbaycan Respublikasının Füzuli rayonunun Mandılı kəndi Pirəhmədli kənd inzibati ərazi vahidinə daxildir. Qozlu çayın sahilində, dağətəyi ərazidə yerləşir. Manda Azərbaycan dilinin cənub-qərb dialektlərində yeməli ot adıdır. Türk dillərində manda, mandı, mantı sözü "cəfəri, dördnala çapmaq, qiymətli Çin ipəyi, sakit, enli alın və s. mənalarda işlənmişdir. Digər bir iddiaya görə kəndin adı Xırmandalı adının təhrif olunmuş formasıdır. Mandılı kəndi Xırdapara- izaq mahalına bağlı idi, Xəzinə mülkü sayılırdı. Kənd XIX əsrə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. Uzun illər işğalda qalan kənd 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən azad olunmuşdur.
İsa MUSAYEV