Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kəndi Nəmirli kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 30 km şimal-şərqdə, Qarabağ düzündə yerləşir. Azərbaycan Respublikasının Ağsu rayonunda da Nəmirli adlı kənd var. Kənddə orta məktəb, mədəniyyət evi, iki kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq idi. 1994-cü il aprel ayının 23-də Ermənistan ordusu tərəfindən işğal olunan Nəmirli kəndi 20 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa Musayev