Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazisində olan Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Siğnax//siqnaq keçmişdə müdafiə məqsədilə istifadə olunan "sığınacaq yeri" mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qıpçaq çölündə qıpçaqların Siqnak//Suqnak adlı mərkəz şəhəri olmuşdur. Azərbaycan Sacilər sülaləsinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi. Sığnaq kəndi 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.
İsa Musayev