22.11.2024, 01:46
AZ EN
02.05.2023, 12:16 309

Ağdam rayonunun tarixi abidələri, İlanlıtəpə yaşayış yeri

QARABAĞ

İlanlıtəpə yaşayış yeri Ağdam rayonunun Baş Qərvənd kəndində yerləşir. Burada aparılan qazıntı işləri nəticəsində xeyli maddi-mədəniyyət nümunələri aşkar edilmişdir. Yaşayış yerində yastı-qabarıq və adi düzbucaqlı kərpicdən tikilmiş yaşayış evləri və təsərrüfat tikintilərinin qalıqları da vardır. Keramika məmulatları bitki qarışığı olan gildən hazırlanmış, onların xarici səthi açıq sarı və qırmızı rənglə anqoblanmış, cilalanmışdır. Küpə tipli qabların bəziləri dairəvi, oval ştrixlər və üçbucaq şəkilli basma naxışla bəzədilmişdir. Azərbaycanlıların qədim yaşayış məskənləri üçün dairəvi və düzbucaqlı arxitekturaya aid binalar xarakterikdir. İlanlıtəpədə hər iki tip arxitekturaya rast gəlinir. Burada həmçinin kurqanlar da aşkar edilmişdir. Bu kurqanların əksəriyyəti son tunc, ilk dəmir dövrünə aiddir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR