Cütcü kəndi Azərbaycan Respublikasının Xocavənd rayonunun Sos kənd inzibati ərazi dairəsinə daxildir. Kəndin əvvəlki adı Maçkalaşen olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Maçkalaşen kəndi Cütcü kəndi adlandırılmışdır. Keçmişdə kəndin ərazisi binə yeri və xırmanlıq olmuşdur. Dağətəyi ərazidə salınmış bu kənddə XIX əsrdə ermənilər məskunlaşdırıldıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilən binə Maçkalaşen adlandırılmışdır. Kənddə IV əsrə aid Amaras monastırı olmuşdur.
İsa Musayev