27.07.2024, 14:37
AZ EN
18.11.2023, 08:45 111

Zabux sakini: "Uşaqlıq xatirələrimi gerçəkdə canlandırmaq böyük arzumdur"

YAZILAR
  • Uşaqlıq xatirələrimi gerçəkdə canlandırmaq böyük arzumdur. Laçın rayonunun Zabux kənd sakini Fazil Rəsulov belə deyib. O, 31 illik yurd həsrətinin başa çatdığını bildirib.

"Uşaq ikən tərk etdiyim Zabuxa ailəmlə birlikdə dönürəm. Uşaqlıq sevincimi yenidən Zabuxda yaşayacağam. Allah Prezidentimizi var eləsin. Torpaqlarımızın işğaldan azad olunmasının memarı Ali Baş Komandanımızdır. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin", - deyə Zabux sakini qeyd edib.

Bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 71 ailə (291 nəfər) köçürülüb. TREND

Oxşar xəbərlər