27.07.2024, 13:37
AZ EN
13.05.2023, 17:25 282

Fransa Cənubi Qafqazda gərginliyin artmasına və münaqişənin alovlanmasına çalışır

YAZILAR
  • Ermənistan silahlı qüvvələrinin son iki gündə Basarkeçər rayonunun Zod istiqamətində atəşkəsi pozmasının bir neçə səbəbi var. Onlardan biri mayın 14-də dövlət başçılarının Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündə çətin vəziyyətə düşəcəyini bilməsi və durumu gərginləşdirmək üçün ənənəvi metod olan təxribata əl atmasıdır. Xüsusən də atəşkəsin pozulması, tərəflərin itkilər verməsi və vəziyyətin gərginləşməsidir. Çünki Vaşinqton görüşündən sonra Qarabağı Azərbaycanın tərkib hissəsi və ölkəmizin suverenliyinin tanınması ilə bağlı Ermənistanın üzərində xüsusi öhdəlikləri vardı. Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşündən yayınmaq üçün cəhdlər göstərməsi sərhəddə atəşkəsin pozulması nəticəsində yerli toqquşmaların artıq iki gün ərzində döyüşlərə çevrilməsinə gətirib çıxardı.

Bunu ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev deyib.

Bildirilib ki, Ermənistanın təxribatlarının arxasında maraqlı qüvvələrin də dura biləcəyi istisna olunmur. Əldə olunmuş məlumata görə, Fransa Ermənistanın silah təchizatı ilə bağlı tədbirlər həyata keçirməyə başlayır. Bu barədə qərarın şəxsən Fransa Prezidenti Emmanuel Makronun qəbul etdiyi bildirilir. Ermənistan gələcəkdə bu ölkənin ərazilərində şimal qonşularımızın qoşunlarının çıxarılması zamanı yerini Fransanın hərbçiləri ilə doldurmağa çalışacaq. Məsələnin tənzimlənməsi üçün Fransanın Ermənistandakı səfirliyinə yeni hərbi attaşe təyin olunması gözlənilir. Yeni təyin olunacaq hərbi attaşe Fransadan silahın Ermənistana gətirilməsi məsələsini tənzimləyəcək. Eləcə də Fransa Gürcüstandakı səfirliyində hərbi attaşelik vasitəsilə Ermənistanın hərbi ehtiyacları üçün silah və hərbi texnika ilə təcavüzkar ölkənin silahlanmasını təmin edəcək. Xüsusən də 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin düşməndən götürdüyü qənimətlər nəticəsində Ermənistanın ordusunun 60-70 faiz sıradan çıxarılmış texnikasının yerinin doldurulmasına ehtiyacı yaranıb. Ermənistanın silahla təchizatı məsələsi ilkin mərhələdə Fransadan göndərilməsi nəzərdə tutulan silahların sırasında öldürücü silahların olduğu da bildirilir. Bu da o deməkdir ki, Avropa İttifaqının aparıcı dövlətlərindən biri Aİ-nin öldürücü silahlardan istifadə olunmaması ilə bağlı ənənəvi yanaşmasına zidd qərar qəbul edərək Cənubi Qafqaz regionunda Ermənistanın xeyrinə qüvvələr nisbətinə təsir göstərməyə çalışır. Fransa rəhbərliyinin qərarları bir daha təsdiqləyir ki, səslənən iddiaların əksinə olaraq, Fransa Cənubi Qafqazda sülhün bərqərar olmasına deyil, əksinə, gərginliyin artmasına və yeni münaqişənin alovlanmasına çalışır. Bir tərəfdən Fransa, digər tərəfdən İran, Rusiya, Hindistan silah bazarında karlı çıxmaq istəyirlər. Ermənistan bu boşluğu doldurmaq üçün Fransa ilə əməkdaşlıq etməyə meyillik göstərir. Ermənistan Müdafiə Nazirliyi Fransa istehsalçılarından silah alınması məsələlərini müzakirə edir. Fransa da gələcəkdə Ermənistanı silahlandırmaq üçün təcavüzkar ölkəyə mesaj verməklə onları cəsarətləndirir. Ermənistan da bu addımları ilə şərti sərhəddə atəşkəsin pozulmasını həyata keçirir.

“Gələcəkdə Ermənistanın ehtiyaclarını ödəmək üçün Fransanın hansı silahları verəcəyi məlum olacaq. İndiki halda Ermənistanın əsas istəkləri hava hücumundan müdafiə və tank əleyhinə raket sistemləridir. Düşmən ölkə əsasən özünün təhlükəsizliyini təmin etmək üçün sıradan çıxarılmış zirehli texnikaların yerini doldurmaq məqsədilə axtarışdadır. Artilleriya vasitələri, hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var. Bu ehtiyacları tez zamanda Fransanın qarşılayacağını düşünmək olar. Çünki silahlar və hərbi-texniki avadanlıq bir dövlətdən digərinə ötürüləndə onun heyətləri də hazırlanmalıdır. Fransanın, Hindistanın, İranın, Rusiyanın Ermənistana təsirlərinin bütün cəhdlərini, xüsusən də bu ölkənin silahlı qüvvələrindəki çatışmayan texniki avadanlıqlarının yerini doldurması üçün yarışa girmələri sərhəddəki vəziyyətə birbaşa təsir edir. Bu o deməkdir ki, Ermənistan planlı şəkildə atəşkəsin pozulmasını ssenariləşdirir və sonra da həyata keçirir. Hələ ötən ayın 15-dən Ermənistan Zoddan işçi qrupunu çıxarmaqla, əslində, belə təxribatlara hazırlıqlarının siqnalları idi”, - deyə polkovnik-leytenant vurğulayıb.

E.Şıxəliyevin sözlərinə görə, bundan əvvəl Ermənistanın teleqram kanallarında məzarların qazılması nümayiş etdirildi. Yəni bu Ermənistanda planlı şəkildə əvvəlcədən hazırlanmışdı. Çünki onlar başa düşürdülər ki, döyüşdə itkiləri ola bilər. Digər tərəfdən snayperlərin ön xəttə cəlb olunması hərbçimizin yaralanması ilə nəticələnib. Azərbaycan hərbçisinin hədəfli atəş nəticəsində yaralanması Ermənistanın snayperlərdən istifadə etməsini, əraziyə snayperlərin cəlb olunmasını və deməli, təxribatın məqsədli şəkildə törədildiyini nümayiş etdirir. Sonra da minaatan batareyalar, artilleriya vasitələri və pilotsuz uçuş aparatları ilə təxribat törədildi. Zod istiqamətindən Kəlbəcərdəki mövqelərimizin atəşə tutulur və düşmənə cavab atəşi ilə adekvat cavab verilir. Bu isə son iki gündür döyüşlərdə ciddi itkilərə gətirib çıxarıb. Bu artıq taktiki səviyyədən operativ səviyyə keçən döyüşlərdir. Çünki minaatan batareyaları və artilleriya vasitələri birinci eşalon taborların komandirlərin tabeçiliyində olmayan bölmələrdir. Ermənistan korpus komandanlığının tabeçiliyində əməliyyat keçirir. Təxribatın qarşısını almaq üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri adekvat cavab vermək məcburiyyətində qalırlar. Hər iki tərəfdən yaralı və itkilər var. Ermənistan hər zamankı xislətini yenə də nümayiş etdirir. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonrakı mərhələdə Ermənistan bir neçə dəfə belə minaatanlar və artilleriya vasitələrinin cəlb olunması ilə döyüşlərə gətirib çıxaran addımlar atıb və cavablarını alıblar.

“Ermənistan Ordusu 2023-cü ildə ilk dəfə belə geniş miqyasda, xüsusən də artilleriya vasitələrinin, pilotsuz uçuş aparatlarının, snayperlərin cəlb olunması ilə təxribat törətdi. Ermənistan Azərbaycanı artıq yeni ciddi qərarlar qəbul etməyə təhrik edir. Məqsədləri həm siyasi dialoqları sabotaj etməkdir, həm də cəmiyyətlərinə ordunun yenidən təşkilatlanması üzrə mesajlar verməkdir. Beləliklə, təcavüzkar ölkənin ordusunu dirçəltməyə nail olmaq üçün müttəfiqlərindən, o cümlədən Fransadan maliyyə vəsaitləri və silah göndərilməsinə çalışırlar. Əslində, ermənilərin niyyətləri sülh sazişi imzalanmasının müddətini uzatmaq, ordunu yenidən silahlandırmaq məqsədilə hazırlamaq və müttəfiqlərin Ermənistanın silahlanmasını həyata keçirməsi üçün vaxt qazanmaqdır. Ermənistan silahlanmanı həyata keçirdikcə və atəşkəsi pozduqca əldə edəcəyi yalnız bir nəticə olacaq, o da qarşı tərəfdə qazılan məzarların sayının çoxalması olacaq. Ona görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi və cəmiyyəti yaxşı bilməlidir ki, Azərbaycan Silahlı Qüvvələri indiyədək təxribatlara layiqli cavab verdiyi kimi, bundan sonra da artıqlaması ilə bu ölkənin silahlı dəstələrini adekvat cavab verəcək”, - deyə hərbi ekspert əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər