Hərbi ekspertin 2021-ci ildə səsləndirdiyi fikirlər bu gün də aktuallığını saxlayır.
O, bildirib: "Qayıdaq Ermənistanın operativ-taktiki raket kompleksinin 280, yoxsa 500 km atəş məsafəsinə malik raketdən zərbə endirməsinə.
Rusiya ABŞ ilə 1987-ci ildə SSRİ tərəfindən imzalanan “Orta və Yaxın Mənzilli Raketlərin ləğvinə dair Saziş”dən çıxmaq istədiyini Rusiya 2019-cu ildə açıqlayıb. Bu müqavilə hər iki tərəfdən orta (1000-5500 km) və yaxın (500-1000 km) mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməyi, gələcəkdə isə bu tip raketləri istehsal etməməyi, sınaqdan keçirməməyi və yerləşdirilməməyi öhdəlik kimi qəbul etməsini
nəzərdə tuturdu. Beynəlxalq öhdəlikləri Rusiyaya 300 km-dən uzaq atəş məsafəsinə malik raketlərin ixracını da qadağan edirdi. Ermənistana isə “İskəndər” raketlərinin ixracı 2016-cı ildə, yəni əvvəl adı çəkilən Saziş qüvədə olduğu zaman ixrac olunub. Ermənistanın “İskəndər” operativ-taktiki raket kompleksin 500 km atəş məsafəsinə malik raketdən zərbə endirməsi təsdiqlənib, bu Rusiyanın məlum Sazişin tələblərini kobudcasına pozduğunu sübut edir. Belə addımlar isə adətən beynəlxalq sanksiyalara səbəb olur",-deyə hərbi ekspert vurğulayıb.
Tahirə AĞAMİRZƏ