11.04.2025, 03:19
AZ EN
30.03.2023, 10:42 285

İran Ermənistana siğə olunub?

YAZILAR
  • "Hraparak"ın bügünkü paylaşımları sırasında iranlı politoloq Fuya Hüseynin jurnalist Hayka Aloyana verdiyi müsahibə bir çox nüanslarla diqqəti cəlb edir.

Azərbaycanın tanınmış millət vəkili Fazil Mustafaya qarşı törədilmiş terror aktı ilə bağlı başlayan sualı sırf VII əsr təfəkkürü ilə cavablandıran iranlı "politoloq"un fikirləri deməyə əsas verir ki, o, əsl uydurmaçı və böhtançıdır. F.Mustafanın daim İranın və şiəliyin əlehinə danışdığını vurğulayan bu yelbeyin "politoloq"un deputatın güllələnməsini guya iqtidar nümayəndələrinin təşkil etməsini, bununla molla fars-şiə rejimini gözdən salmağa cəhd kimi qiymətləndirməsi bir çox məsələlərə işıq salır. Konkret desək, dünyanın nifrətini özünə möhürləyən bu anti-islam rejiminin   nümayəndəsinin fikirləri ilə ən qatı hay terrorçunun fikirləri eyni olmaqla, həm də eyni mənbədən qaynaqlanır. Azərbaycanın Zəngəzurla bağlı mövqeyi ilə əlaqədar verilən sualı da düşməncəsinə uyğun cavablandıran fars şovinist bildirir ki, əgər Azərbaycan Ermənistana hücum edərsə, İran qoşunu Zəngəzura daxil olub öz gücünü göstərəcək. Halbuki, İranın "hüseyniyun" hərbi bölmələri bir ildən çoxdur ki, Zəngəzurdadır və bu erməni mətbuatında dəfələrlə vurğulanıb. Yelbeyin fars belə bir fikir də sərsəmləyir ki, guya Azərbaycanda şiələri incidirlər,onları başqa ölkələrə casusluqda suçlayırlar. Bax, bu yerdə kəndçi sayağı bir ifadə yada düşür: yalançının lap.....

Həqiqət isə tam başqadır: Azərbaycanda nəinki qeyri-şiə müsəlmanlar, hətta ateistlər də aşura və məhərrəmlikdə şənlik keçirməməklə şiələrin könlünü almağa çalışırlar.

Daha bir diqqət çəkən fikir isə İran-Ermənistan müttəfiqliyi barədədir. Yelbeyin fars deyir ki, İran həmişə olduğu kimi bundan sonra da hayların yardımçısı olacaqdır. Bu isə mübahisə edilməyən gerçəklikdir. Əgər belə olmasaydı, ermənilər Qarabağ və ətraf bölgələrdəki çoxu şiə olan müsəlmanları qıranda, məscidlərdə donuz saxlayanda, yaxud dağıdanda və s. özünü islam dövləti hesab edən fars-şiə rejimi heç olmasa "xalaxətrin qalmasın" prinsipi ilə bir kəlmə ilə etiraz bildirərdi. Erməni mətbuatında farslara göstərilən sevginin sətiraltı ifadələri isə tam aydın göstərir ki, haylar "zeynəbçi"lərlə siğəyə görə də Xamneyniyə sağ ol deyirlər. İslamı, özlərinin qara bürüncəkli müsəlman qadınlarını da hayların xidmətində durmağa fətva verən İranın, görünür, dövlət siyasəti haylara siğə olunub.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR