Ermənistan hökumətinin bu günkü iclasında müzakirə olunacaq məsələlərdən daha çox Azərbaycanın ünvanına əsassız ittihamlara vaxt "ayırılıb". "Hraparak"ın müxbiri Karen Martirosyan yazıb ki, baş nazir Nikol Paşinyanın iclasdakı çıxışında Qarabağdakı vəziyyət də müzakirə olunub. Baş nazir deyib ki, Azərbaycan ekofəalları Xankəndiyə qaz verilməsini yenidən dayandırıblar. Azərbaycan beynəlxalq institutların tələblərinə əməl etmək istəmir və bu, xüsusilə indiki qış aylarında sakinləri meşələrdən odun daşımağa məcbur edir.
O, Azərbaycanın təklifləri ilə bağlı cavab mətninin hazırlandığını və göndərildiyini də qeyd edib, ənənəsinə sadıq qalaraq sülh müqaviləsinin imzalanması işinə guya Azərbaycanın guya daim mane olduğunu yenə, də müxtəlif ibarəli sözlərlə təkrarlayıb.
Nəsib