18.04.2025, 13:28
AZ EN
15.02.2023, 17:20 379

Hayastan getdikcə daha da zəifləyir

YAZILAR
  • Erməni şiəsi ölkəni mövcud durumdan xilas etmək üçün müxtəlif fikirlər səsləndirməkdədir. Şəkildə gördüyünüz müxalifətçi Artur Qazinyan isə yazır ki, qarşıdakı on ildə Ermənistan dövlətinin saxlanması üçün 2 əsas məsələni həll etmək lazımdır: 1) Hayastanda əhalinin ən azı 75 faizi erməni olmalıdır. 2) Ermənistan iqtisadiyyatında Türkiyənin və Azərbaycanın çəkisi 20 faiz civarında saxlanmalıdır.

O sonra izah edir ki, məhz belə olduğu təqdirdə güc balansı yarana bilər və bu, başqa problemlərin həllinə imkan verər. O, daha sonra yazır: "Biz bu iki məsələni həll etməyə nail olsaq, xoşməramlı bölgəmizdə erməni dövlətini yenidən qurmaq mümkün olacaqdır".

Onun yenidən qurulmuş hay dövləti isə bu gün nail ola bilmədiyi məqsədini o vaxt  həyata keçirməyə qadir olacaqdır kimi fikri də, şübhəsiz, bir çox qaranlıq məqamlardan xəbər verir.

Nəsib

Oxşar xəbərlər