Ermənistandakı İctimai telekanalın fevralın 14-də saat 15-də efirə gedən "Xəbərlər" verilişində qardaş Türkiyədəki zəlzələ zonasında olan dağıntılar altından iki nəfərin erməni xilasedicilər tərəfindən aşkarlandığı və xilas edildiyi vurğulanıb. O da bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı Türkiyədə xilasetmə işlərində iştirak edən bütün ölkələrin nümayəndələrinə təşəkkür edib. Suriyanın Hələb şəhərində daha çox erməni xilasedicilər olduğunu xatırladan TV əlavə edib ki, onlar öncə başqa, sonra iranlı həmkarları ilə birgə işləyiblər. Ermənistandan isə Hələdə ayın 8-dən indiyədək 30 ton humanitar yardım – yemək, dərman, paltar və s. göndərilərək həm də oradakı erməni icmasına paylanılıb. Zəlzələnin Livandakı erməni toplumuna da ziyan vurduğunu və onlara da humanitar yardım göstərildiyini söyləyən aparıcı ermənilərin dağıntıların nəticələrinin aradan qaldırılması işində sonadək yardım olunacağının qərara alındığını da bildirib.
Nəsib