22.12.2024, 14:45
AZ EN
09.02.2023, 14:10 339

Haylar Xamneniyə ayatola deyir

YAZILAR

"Hraparak"ın fevralın 9-da günorta yaydığı məlumatlar sırasında öz əməkdaşı Karen Martirosyanın "Ayatula Xamenein Putinə və Ərdoğana deyib ki, bu layihə heç vaxt həyata keçməyəcək" başlıqlı məqaləsində deyilir ki, İranın xarici işlər naziri Hayastanda işgüzar səfərdə olarkən demişdi ki, Qafanda konsulluğun açılması birbaşa İran İslam Respublikasının qərarı və istəyi ilə baş tutub. Haylarla iran xalqı isə (?) qədimdən dostdurlar. İran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir. Sonra başqa nüanslar da danışılıb.

Müəllif bildirir ki, bu fikirləri yenicə başa çatmış "Hayastan-İran ümumi mənafe eyniliyi" başlıqlı yığıncaqda çıxış edən  Ermənistan xarici işlər nazirliyinin həmsərhəd ölkələr işarəsinin müşaviri Qriqor Melkonyan deyib. Ermənistan EA şərqşünaslıq institunun təşkil etdiyi bu tədbirdə İranın İrəvandakı səfiri Abbas Bağağşan Zohuri də iştirak edib.

Bildirilib ki, bu il iyulun 19-da Tehranda İran, Türkiyə və Rusiya rəhbərlərinin görüşündə İranın ali dini rəhbəri ayatula Əli Xamenein Ərdoğana və Putinə açıq mətnlə bildirdi ki, "İran heç vaxt dözə bilməz ki, Ermənistanın təhlükəsizliyinə xələl gətirəcək hansısa layihə həyata keçsin". Əlbəttə, fikirlər yenilik deyil. Amma diqqət çəkən faktdır ki, ermənilərin digər saytlarında da bununla bağlı yayılmış xəbərlərin hamısında, nədənsə, hayca "h" hərfi olduğu halda ayatullah sözü ayatola yazılıb. Bəlkə, “h” hərfini ayatolanın əvvəlinə biz özümüz yazaq?! “O”nu ilə “u” ilə əvəzləyək.

Nəsib QARAMANLI   

Oxşar xəbərlər