18.06.2025, 16:01
AZ EN
07.02.2023, 10:25 386

Paşinyan komandasını yeniləyir

YAZILAR

"Hraparak"ın fevralın 7-də yaydığı xəbərlər sırasında N.Paşinyanın ünvanına növbəti tənqidlər diqqət çəkəndir. "Paşinyan öz komandasını "məhv" edir" başlıqlı məqalədə qeyd olunur ki, baş nazir hardasa olanda hökumətin iclasını müvafiq qaydaya görə onun müavinlərindən biri aparır. İclas isə populist çıxışlarla, yalan vədlərlə deyil, normal keçir və nəzərdə tutulan tədbirlərin icrası üçün əməli fəaliyyətə start verilir. Paşinyan qayıtdıqdan sonra iş ya dayanır, ya da başqa istiqamətə yönəldilir, nəticə isə qaneedici olmur. Bunun başlıca səbəbini Paşinyanın iş tapşırdığı adamların çoxunun diletant və inamsız olması ilə əlaqələndirən müəllif onu da vurğulayıb ki, artıq 5-ci ildir ki, hakimiyyətdə olan nikolçular sırasında bir nəfər də olsun liderlik qabiliyyəti ilə fərqlənən adam yoxdur. Hər biri ölkəyə on il rəhbərlik etmiş Koçaryan və Sarkisyanın da özlərindən sonra lider ola biləcək partiyadaş yetişdirmədiyini xatırladan jurnalist Vahe Makaryan bunun başlıca səbəbinin həmin şəxslərin müştəbeh, özündənrazılığının yüksək səviyyədə olduğunu da xüsusi vurğulayıb və onları "birtərəfli oyunçu" adlandırıb.

Paşinyanın vəzifəyə təyin etdiyi adamların çoxunda həm də dövlətçilik təfəkkürü olmadığı barədə dəfələrlə bəyan edilsə də yalnız son bir ildə bununla bağlı tədbirlər görülməsinə başlandığının müşahidə edildiyini bildirən müəllif Paşinyanın öz komandasının yenilənmiş formada işləməsi ilə nəyəsə nail olunacağına ümid etdiyini, lakin "arabanın yerindən" yenə tərpənməyəcəyini qeyd edib.

Nəsib

Oxşar xəbərlər