Bu il aprelin əvvəlindən başlayaraq 3 aydan çox etiraz aksiyası keçirərək «kapitulyant, türk, Ərdoğanın cəsusu, Əliyevin nökəri» adlandırdıqları N.Paşinyanın istefaya getməsinə, özlərinin isə hakimiyyəti qamarlamasına çalışan Ermənistan müxalifəti son vaxtlar öz nüfuzunu daha da itirməkdədir. «Hraparak» media şirkətinin dekabrın 22-də yaydığı «Erməni polislərindən 50 metr aralı ruslar idi» başlıqlı yazıda müxalif deputat Artur Xaçaturyanla müsahibə də dediklərimizin əyani sübutudur. O, Xocalı qatili Seyran Ohanyan, deputatlar Qarnik Danielyan, Geğam Manukyanla birlikdə Xankəndinə gedəcəkləri və «arsax»-lılara dəstək verəcəklərini bildirərək yola düşmüş və Ermənistanın sərhədində erməni polislərinin qadağası ilə rastlaşmışlar. Müxbirin suallarını ermənisayağı lovğalıqla cavablandıran A.Xaçaturyan deyib ki, polislərimiz bizim təhlükəsizliyimizi düşünərək Laçın dəhlizi ilə getməyimizə icazə verməyib bildirdilər ki, biz buraxsaq da 50 metr aralıdakı ruslar buraxmayacaq.
Jurnalistin «Müxalifət hakimiyyəti hər gün tənqid edir ki, bizi qoymurlar «arsax»ın müstəqilliyini təmin edək. İndi yarıyoldan qayıtdınız, bununla bağlı fikriniz necədir? sualını da ermənisayağı «buraxsaydılar çox şeyi həll edərdik» - deyə cavablandırıb, sonra isə əlavə edib ki, bu Azərbaycan ekofəallarının deyil, hakimiyyətin siyasi aksiyasıdır.
Dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya nümayəndəsinin çıxışına münasibət soruşulanda isə belə bir iclasdan xəbərsiz olduğunu, Rusiyanın nə vaxtsa yenidən Ermənistana əsil dostluq və müttəfiqlik köməyini edəcəyini vurğulayıb.
Şuşa-Xankəndi yolunun nə vaxtsa açılacağına və o zaman Xankəndiyə gələrək əhali qarşısında özlərinin proqramlarını açıqlayacaqlarını dəfələrlə təkrarlayan A.Xaçaturyana bir el məsəlini xatırlatmaq istərdik: «Ay gəldin ha».
Nəsib QARAMANLI