20.09.2024, 05:04
AZ EN
22.12.2022, 11:51 334

Erməni ki erməni

YAZILAR
  • Şuşa-Xankəndi yolunda ekofəal soydaşlarımızın dinc etiraz aksiyası keçirməsi və haqlı tələblər irəli sürməsi ermənilərin genetik həyasızlığını, siyasi şərçiliyini bir daha sübut edir. Bəzi  dövlətlərin də, el təbirincə desək, onların qaraçı havalarına oynamaları isə dünyanın "demokratiya zurnasını" hələ də ermənilərin üflədiyini göstərir.

"Hraparak" media şirkətinin isə bu çalğının yayılmasında xidməti digərlərindən fərqlidir. Belə ki, o, erməni fitnələrini, yalanlarını yaymaq sahəsində birinciliyini davam etdirməkdədir. Rəhbəri erməni parlamentinin sədrinin qayınanası olan bu media şirkətlər qrupunun dekabrın 22-də səhər tezdən paylaşdığı "xəbərlərin" əksəriyyəti Azərbaycanın haqlı mövqeyinə yenə də erməni, fars, fransız gözləri ilə baxıldığını göstərir. İran və Fransa rəsmilərini az qala Surp ( müqəddəs - N.Q) Sarkis kimi xarakterizə edən ermənilərin onları həm də islamın və xristiyanlığın dayaqları kimi vurğulamaları isə əsil erməni yaltaqlığını sübut edən meyarlardan biridir. Son vaxtlar peyda olmuş müxalif "həmrəylik" qrupunun danışıq tərzi ilə siyasətçidən çox qanuni oğruya bənzəyən rəhbəri Avetik Çələbyan dekabrın 22-də saat 15-də hökumət binasının önündə mətbuata açıqlama verərək baş nazirin "Laçındakı bağlı yolu" açmasını tələb edəcəklərini, əks halda Qarabağa yürüşə çıxacaqlarını bildirib. Bu, məntiqsiz siyasətçi hələ də dərk edə bilmir ki, sözügedən ərazi Azərbaycanın suveren ərazisidir və burada erməni  baş nazirin sözü ilə fəaliyyət göstərilmir. O ki, qaldı hayların yürüş edib dinc etirazçılarımızı qovacaqları barədə sərsəmləmələrinə, xatırlatmaq lazım gəlir ki, erməni ordusu nə etdi ki, sənin yanındakı qızlar da nə edə. Bu məqamda bir tarixi gerçəkliyi də xatırlamamaq mümkün deyil: Ermənilər öz işlərinin xətrinə qadınlardan istifadə etməyə öyrəncəlidirlər.

NƏSİB

Oxşar xəbərlər

SON XƏBƏRLƏR