Еrmənistan mətbuatı dekabtın 17- də də Azərbaycanla bağlı dezinformasiyalarını davam etdirməklə yanaşı həm də bir daha göstərib ki, bu ölkədə siyasi qarşıdurma yeni məcraya qədəm qoyub. Öz müxalif mövqeyi ilə vətəndaşların rəğbətini qazanmış "Hraparaq" media qrupunun dekabrın 17-də yaydığı xəbərlərin əksəriyyəti məhz getdikcə dərinləşən siyasi böhran barədədir.
Bu media qurumu özünün etibarlı mənbəyinə istinadən xəbər yayıb ki,dekabrın 16-da axşam Nikol Paşinyan "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlarla görüş keçirib və mövcud durum barədə obyektiv məlumat verib, deputatların bundan nəticə çıxartmalarının taleyüklü önəm daşıdığını vurğulayıb. Qarabağla bağlı Azərbaycanla Ermənistanın deyil, opada yaşayan ermənilərin danışıqlar aparmasının yeganə doğru yol olduğunu bildirən Paşinyan Rusiyanın heç bir konkret addım atımayacağını da dilə gətirib. Bu fikir deputat Vigen Xaçatryan tərəfindən dəstəkləndikdən sonra mübahisə başlayıb və bir qədər sonra Paşinyanın mövqeyinin tam dəstəklənməsi ilə sonunclanıb.
"Hraparak" başqa bir xəbərində isə etmənipərəst rus politoloqu Satanovskinin mövcud hakimiyyət barədə dediklərini şərh edərkən bildirib ki, Ermənistanın Qərbə üz tutması onu Rusiyanın dəstəyindən məhrum edib. Ayrı-ayrı beynəlxalq qurumların, dövlətlərin bəyanatları isə bir millət, iki dövlət olduğu müxtəlif problemlər zamanı dəfələrlə təsdiqlənən Türkiyə və Azərbaycanın qarşısını kəsə bilməyəcək.
Nəsib QARAMANLI