20.04.2024, 16:30
AZ EN
31.10.2022, 09:25 91

Ermənilər yeni hoqqalara hazırlaşırlar

YAZILAR
  • Cari ilin oktyabr ayı da Ermənistanın ictima-siyasi həyatında bir sıra riyakarlıqla tarixin arxivinə atıldı. Bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə, o cümlədən müxtəlif ölkələrə edilən səfərlərdə bir qayda olaraq Azərbaycanın və Türkiyənin ünvanına əsassız ittihamlar yağdıran ermənilərin baş naziri Nikol Paşinyan oktyabrın 31-də səhər tezdən Soçiyə yola düşüb.

Məlum olduğu kimi, burada Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin sülh sazişi ilə bağlı görüşü keçiriləcəkdir. Erməni mətbuatı son günlər bu görüş barədə bir qayda olaraq dezinformasiyalar yaymaqdadır. Bəzi siyasətçilərin və siyasi ekspertlərin fikirlərində yer alan müxtəlif reallıqdan uzaq qiymətləndirmələr, sözün həqiqi mənasında sağlam düşüncə tərzindən çox uzaqdır. Qarabağın Azərbaycanın əzəli hissəsi olduğunu 44 günlük müharibədəki acı məğlubiyyətdən sonra da dərk etməyən ermənilər müxtəlif vasitələrlə Ermənistana sərf edən sənədin imzalanmasını istəyirlər. Yeri gəlmişkən vurğulayaq ki, ermənilər sülh müqaviləsi terminini bir qayda olaraq ya dırnaq içərisində yazır, ya da bunu “hansısa kağız parçası” adlandıraraq açıq-aşkar deyirlər ki, Azərbaycanla bağlanmış saziş istənilən vaxt öz əhəmiyyətini itirə bilər. Burdan aydın görünür ki, ermənilər heç vaxt müstəqil dövlətə malik olmadıqlarına görə dövlətlərarası müqavilələrin də mahiyyətini dərk etmək duyğusundan mərhumdurlar. Ermənistan parlamentinin deputatı İşxan Sağatelyanın oktyabrın 31-də mətbuata verdiyi müsahibədə onların yenidən kütləvi mitinqlərə hazırlaşdıqları aydın olur. “Top Ermənistanın meydanındadır” -, deyə respublika sakinlərini noyabrın 5-də saat 15.00-da Fransa meydanına yığışmağa çağıran bu özündən razı revanşist unudur ki, bu ilin martında başlayan və 4 aya yaxın davam edən etiraz aksiyaları heç bir nəticə əldə etməyib. Əksinə, müxalifət iqtidar tərəfindən sıxışdırılaraq daha da zəifləyib. Heç bir mitinqin izdihamlı keçməyəcəyinə əmin olan rusiyalı siyasətçi, şərqşünas Karine Gevopkyan isə Kırımı, Ermənistanı və Suriyanı  xüsusi üçbuçaq adlandırır və qeyd edir ki, sözügedən bu üç bölgədən Rusiya çıxarsa, onun yerini NATO ölkələrindən olan Türkiyə tutacaq və ABŞ da bunu dəstəkləyəcək. ABŞ-ın İncirlikdə olan bazasının Amerika üçün mühüm əhəmiyyət kəsb etdiyi, ancaq bu bazanın o qədər də böyük olmadığı ABŞ-ın Yaxın Şərqdəki maraqlarını tam ödəyə bilməməsi də rusdilli erməni siyasətçinin narahatlığına səbəb olub. O yazır ki, ABŞ Ernənistan və Gürcüstanda öz hərbi bazalarını yerləşdriməklə Şərq aləmindəki bütün proseslərə daha fəal müdaxilə edəcək, xüsusilə İranı daim qorxu altında saxlayacaqdır və bütün bu proseslərdə NATO üzvü olan Türkiyə fəallıq göstərəcəkdir. Ermənisayağı illuziyalarla fikir bildirən digər siyasətçilər də bölgədəki maraqlara görə Ermənistanın ayaqlar altında qalacağını da iddia edirlər.

Oktybrlın 31-də yayımlanan xəbərlər sırasında Türkiyə Ermənistan sərhəddinin açılması prosesinin gedişinə də xeyli yer ayrılıb. Erməni KİV-ləri bildirirlər ki, parlamentin sədri A.Simonyan Türkiyənin Böyük Millət Məclisinin üzvü olan erməni Karo Palyanı qəbul edib. O, Türkiyə parlamentində ermənilərin mənafeyinə uyğun fəaliyyət göstərdiyinə görə K.Palyana minnətdarlığını bildirib və Ermənistan Türkiyə sərhədlərinin açılması üçün danışıqlar prosesinin davam etdiyini bildirib. Erməni spikeri isə türkiyəli qonaq tərəfindən irad bildirilib ki,  sözügedən proseslə bağlı Türkiyənin erməni vətəndaşlarının məlumatı azdır.

Ermənilər 2023-cü ilin dövlət büdcəsini müzakirə və təsdiq edərkən ilk dəfə baş verən artımla da indidən lovğalanırlar. Belə ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərini 35 faiz artıırmaq və müxtəlif ölkələrdən müsir silahlar almaq nəzərdə tutulur. Bu isə deməyə əsas verir ki, ermənilər yeni hoqqalara hazırlaşırlar.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR