Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Paşinyan İkinci Qarabağ müharibəsindən sonra müxtəlif əngəlləri aşıb: "Birinci dəfə ona qarşı silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyan qiyam qaldırmaq istədi. Qasparyan Paşinyana müraciət edərək, onun istefa verməsini tələb etdi. Qasparyanın arxasında da Rusiyadakı qüvvələr dayanırdı. Paşinyan Qasparyanı dərhal istefaya göndərməklə onu neytrallaşdırdı".
Bundan sonra erməni kilsəsi Paşinyana qarşı Baqrat Qalstyan isimi keşişi irəli sürdü. O İrəvana yürüşə başladı, çadırlar qurdu, etiraz mitinqləri təşkil etməyə çalışdı. Ancaq keşiş erməni cəmiyyətindən dəstək almadığına görə o da Paşinyana məğlub oldu. Bu dəfə Paşinyan gələcək rəqibinin kim olacağını gözləmədən radikal müxalifətə və kilsəyə qarşı mübarizəni gücləndirib. Baş nazirin məqsədi aydındır. Parlament seçkiləri yaxınlaşdıqca Paşinyan erməni cəmiyyətinə seçim etməyi məsləhət görür: “Ya mənimlə yola davam edəcəksiniz və bu Azərbaycanla sülhü gətirəcək, ya da müharibə istəyən radikal müxalifəti və kilsəni dəstəkləyəcəksiniz, bu halda həm müharibə, həm də ərazi itkisi ilə üzləşəcəksiniz”.
Tahirə AĞAMİRZƏ