22.05.2025, 05:34
AZ EN
15.05.2025, 11:59 215

Fransanın riyakar, ikiüzlü siyasəti

YAZILAR
  • “Romada Bakı Təşəbbüs  Qrupu və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan “Nazione” Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Milli kimlik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər” adlı konfrans mühüm önəm daşıyır və azadlıq uğrunda mübarizələrin həmrəyliyini əks etdirir”.

Bu sözləri konfranda iştirak edən Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirib.

Deputatın sözlərinə görə bu konfransın əhəmiyyəti Korsika xalqının azadlıq mübarizəsinə dəstək vermək, bu mövzunu imkan daxilində beynəlmiləşdirmək və beləliklə də, Fransanın Korsika xalqına qarşı törətdiyi zülmün, zorakılığın gizlədilməsinə və tarixinin silinməsinə yol verməməkdən ibarətdir: “Xüsusilə də Korsika xalqının kimliyi, onun dilinin silinib tarixdən çıxarılması Korsika mədəniyyətinin məhv edilməsi kimi mövzular və Korsika xalqının nümayəndələrinin də iştirakı ilə keçirilən müzakirlər çox böyük  diqqətə səbəb olmuşdur. Ümumiyyətlə, hesab edirəm ki, Fransa hökuməti özünü demokratiyanın beşiyi, insan hüquqlarının müdafiəçisi kimi təqdim etsə də, riyakar, ikiüzlü siyasəti məhz onun Korsika xalqına qarşı  törətdiyi cinayətlərin kontekstində  daha aydın görünür”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər