10.06.2025, 00:50
AZ EN
05.03.2025, 10:34 171

Baş redaktor baş naziri başa düşmək istəmir

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın qərbi ilə Naxçıvan arasındakı yolun açılması barədə fikirlərinin dövlət agentliyi olan Armenpress vasitəsi ilə tirajlanması həm müxalif düşərgəsində, həm də özünü müstəqil mətbuat qurumu hesab edən "Hraparak"da yeni hay- küyə səbəb olub.

Baş redaktor Armine Ohanyan isə baş nazirə ünvanladığı "Sən də yazırsan, biz də" başlıqlı yazısında sözün həqiqi mənasında humanitar sahə işçisi deyil, sırf terrorçuluq, təxribat tərəfdarı və ideoloqu olduğunu yenidən təsdiqləyib.

O, həmişəki kimi yenə də həm baş naziri, həm də Azərbaycanı qınayır ki, niyə 44 günlük müharibə olub və haylar məğlubiyyətə uğrayıb. Kommunikasiya xətlərinin açılmasını istəməyən təxribatçı fikirlər müəllifi sonda belə bir cəfəng təşəbbüs irəli sürüb ki, Nikol Paşinyan istefa verməsə xalq da, onun özü də daha yazıq günə qalacaq.

Nəsib

Oxşar xəbərlər