19.06.2025, 04:27
AZ EN
25.02.2025, 15:43 381

Fransa bu il də Ermənistana silahlar göndərəcək

YAZILAR
  • Fransa ilə Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq 2025-ci ildə də davam etdiriləcək.  Rəsmi Paris bu il də Ermənistana müxtəlif növ hərbi texnikaları tədarük etməyi planlaşdırır. Fransanın Ermənistandakı səfiri Olivie Dekorti Ermənistanın ictimai radiosuna müsahibəsində hərbi sahədə tərəfdaşlığın üç istiqamət üzrə aparılacağını qeyd edib.

Fransanın Ermənistandakı səfiri Olivie Dekorti Ermənistanın ictimai radiosundakı müsahibəsində qeyd edib ki, Fransa ilə Ermənistan arasında 2025-ci ildə hərbi sahədə əməkdaşlıq  üç istiqamət üzrə aparılacaq. İlk növbədə texnika tədarükü, növbəti mərhələdə erməni hərbçiləri həm Ermənistan, həm də fransada hazırlıq keçəcək. Fransa həm də Ermənistanın müdafiə nazirliyinə ordunun gücləndirilməsi, orda islahatların aparılması üçün məsləhətlər verəcək. O, həm də qeyd edib ki, Fransa Ermənistana müdafiə texnikası tədarük edən yeganə Qərb ölkəsidir və Fransanın rəsmi mövqeyi Ermənistanın suverenliyinin qorunmasına dəstək göstərməkdir.

“Ərazi bütövlüyü pozulanda niyə Azərbaycanı silahlandırmaq, ərazi bütövlüyünü təmin etmək, suverenliyin bərqərar etmək yönündə müxtəlif fikirlər səslənmirdi? Fransa dövləti Ermənistana verdiyi silahları geri çəkməli və bunun əsasında sülh və təhlükəsizlik arxitekturası qurulmalıdır”.

Bu sözləri  mətbuata açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Olive Dekorti həm də bildirib ki, yaxın vaxtda Fransa Zəngəzurda konsulluq açacaq. Ofis isə Gorusda yüerləşəcək. O, bunu həm də əsaslandırıb ki,  Gorusda fransız dilində danışan erməni çoxdur.

“Əgər Gorus ərazisində beş-on nəfər  fransız dilində danışırsa,  bu, fransız dilində danışan erməniləri  qorumaq üçün konsulluq açmağa nə ehtiyac var? Məqsəd bəbllidir.  Diplomatik örtük altında burada  Fransa öz maraqlarını genişləndirir və  Zəngəzur dəhlizinin   keçdiyi bölgədə Fransa həm də şərtləri diqtə etməyə çalışacaqdır”,- deyə Politoloq əlavə edib.

Nəticə etibarilə səfirin açıqlamalarından belə  qənaətə gəlmək olar ki,  Fransa yenə də öz smpulasındadır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər