Politoloq İlyas Hüseynov bildirib ki, bu, açıq-aşkar şəkildə Ermənistanın etnik təmizləmə siyasətinin sübutudur. O, əlavə edib ki, Nikol Paşinyanın qarşıdakı dövrdə parlament seçkiləri ərəfəsində mövqelərini möhkəmləndirmək və keçmişə nəzər salmaq üçün də bu video istifadə oluna bilər: “Eyni zamanda Qərbi Azərbaycana Qayıdış konsepsiyasının reallaşması üçün də bu kifayət qədər dəlillər verir. Çünki elə Azərbaycan da, Ermənistan da öz müstəqilliyini bərqərar etdikdən sonrkı dövrdə yaranan etnik münaqişə zəmnində azərbaycanlılara qarşı repressiv addımlar atılmışdı və azərbaycanlıların bugünki geopolitik reallıqlarda və müstəvidə tarixi torpaqlarına qayıdışı mühüm bir zərurətdir. Bu da sülh prosesi ilə icra olunmalıdır”.
Tahirə AĞAMİRZƏ