Bu sözləri Milli Məclisin deputatı Tural Gəncəliyev Milli Məclisdəki çıxışında deyib.
O, bildirib ki, biz bunu burda dəfələrlə demişik ki, 30 il ərzində yüz minlərlə azərbaycanlıların hüquqlarının pozulması haqqında bir kəlmə söyləməyən, bir sənəd qəbul etməyən Avropa Parlamenti bu gün guya ermənilərin hüquqlarının pozulması, Azərbaycanda insan hüquqları adı altında müzakirələr keçirir: “Yeri gəlmişkən, deyək ki, buna yaxşı cavab olaraq bu günlərdə parlamentdə Qərbi Azərbaycanla bağlı Təşəbbüs Qrupunun yaradılması məsələsi həqiqətən təqdirə layiq haldır. Çünki Avropa Parlamenti ikiüzlü siyasətini davam etdirməkdənsə, bu günləri hələ də 100 minlərlə insanın öz fundamental hüquqlarından məhrum olma məsələsini qaldırmalı, müzakirə etməlidir. Təəssüflər olsun ki, biz yenə də insan hüquqları kontekstində görürük ki, Azərbaycanda haqlı cəzaçəkmə müəssisələrində cəzalarını çəkən erməni canilərinin, cinayətkarların guya hüquqları haqqında narahatlıq keçirən avropalılar həmin o cinayətkarların törətdiyi cinayətlərdən belə danışmırlar. Ümumiyyətlə, bu insan hüquqları, canilər haqqında söz düşmüşkən hesab edirəm ki, bizim də hüquqlarımızın pozulması, Azərbaycana müharibə nəticəsində vurulmuş zərərlə bağlı həmin o avropa institutları məhz Ermənistandan tələb etməlidirlər ki, müvafiq reparasiyaların kompensasiyasının ödənilməsinin vaxtıdır. Bu, tamamilə beynəlxalq hüquqa, Avropa İnsan Hüquqlarının konvensiyalarına tam uyğundur. Örnəyi var. Birinci dünya müharibəsindən sonra versal sülh müqaviləsində bilavasitə Almaniyanın üzərinə öhdəlik qoyulmuşdu ki, maliyyə öhdəliyi vurduğu zərərə görə ölkələr qarşısında kompensasiyanın ödənilməsi məsələsi qaldırılmışdı və yaxud da ki, xüsusilə İkinci dünya müharibəsindən sonra həm ölkələrin vurduğu zərərə görə və fərdi cinayət məsuliyyətinə görə də deparasiyaların ödənilməsi restitusiya və digər maliyyə institutlarından istifadə edərək vurulmuş ziyanın ödənilməsini Ermənistan tərəfinin üzərinə qoymaq lazımdır və bunu avropalılar məhz Ermənistandan tələb etməlidirlər. Xüsusilə də İkinci dünya müharibəsindən sonra fərdi cinayət məsuliyyəti və fərdi insanların törətdikləri cinayətə görə məsələlərin də gündəmdə olması ilə bağlı örnəklər var. Bu istər beynəlxalq cinayət məhkəməsinin, istər müvafiq müharibələr başa çatdıqdan sonra məsələn, İnar-İraq müharibəsinin başa çatdıqdan sonra müvafiq maliyyə təzminatlarının ödənilməsi təcrübəsinə istinad etmək olar.
Tahirə AĞAMİRZƏ