20.09.2024, 06:38
AZ EN
02.09.2024, 09:00 189

Paşinyan vədinə əməl etmədi

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də keçirdiyi mətbuat konfransında daha çox Azərbaycanla bağlı sualları cavablandırıb.

Jurnalistlərə sülh müqaviləsinin imzalanmasının gedişi barədə bir neçə dəfə açıqlama verən baş nazir onun Bakıda keçiriləcək COP29-da iştirak edib-etməyəcəyi barədə sualı cavablandırarkən deyib ki, 50-dən artıq ölkənin rəhbəri sözügedən beynəlxalq toplantıda iştirak edəcəyini rəsmən bəyan edib. Ermənistanda isə  Bakıya gedib-getməməklə bağlı məsləhətləşmələr davam etdiyinə görə hələ qəti qərara gəlinməyib. “Siz vəd etmişdiniz ki, məzuniyyətdən gələn kimi mətbuat konfransı keçirib, Bakıda keçiriləcək tədbirdə iştirakla bağlı açıqlama verəcəksiniz. Artıq 20 gündür ki, məzuniyyətdən qayıtmısınız. Amma mətbuat konfransını gecikdirdiniz. Demək, vədə əməl etmədiniz", - deyən müxalif jurnalistə "bəlkə, sizinlə məsləhətləşmələr də aparmalı idim" - deyə cavab verən N.Paşinyan ona qərəzdən uzaq durmağı tövsiyə edib. Bildirib ki, hər şeyi açıqlaya bilmir.

Ermənistanın xarici ölkələrdən silah almasına da hay sayağı bəraət qazandırmağa cəhd edən baş nazirin 6 illik fəaliyyəti isə deməyə əsas verir ki, o, heç vaxt vədinə əməl etməyib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR