Bunu millət vəkili Musa Qasımlı dövlət başçısının müsahibəsinə fikir bildirərkən deyib. O, qeyd edib ki, cənab Prezidentimiz müsahibəsində münaqişələrin, müharibələrin və qarşıdurmaların artdığı bütün dünyaya örnək olan və gələcəyə işıq tutan çox vacib bir məsələni söylədi. Bildirdi: “... ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP29 zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.”
Daha sonra deputat vurğulayıb ki, dövlət başçımızın bu fikirləri biri-biri ilə didişən dövlətlər və şirkətlər üçün dərs olmalıdır, öyrənilməlidir: "Artıq dövlətin böyüklüyü təkcə ərazi və əhali ilə deyil, həm də rəhbərinin zəkası ilə ölçülür. Cənab Prezidentimizin müsahibəsindəki ideyalar və yürütdüyü siyasət bunu çox gözəl göstərir. Öyrənmək isə heç bir zaman gec deyil...",- deyə M.Qasımlı fikrini tamamlayıb.
Tahirə AĞAMİRZƏ