Politoloq İlyas Hüseynov ARB-yə açıqlamasında bildirib ki, Ermənistanda müxalifət çəbhəsində yer alan şəxslər parlament azlığı ilə də işbirliyi edirlər: “Eyni zamanda həm də növbədənkənar parlament seçkiləri zamanı bir sıra revanşist qüvvələr də parlamentə yol açdı və orda öz yerlərini tutdu. Parlament çoxluğu Nikol Paşinyanın tərəfindədir. Elə çoxluq olduğu üçün də impiçmeti ilə bağlı müxtəlif versiyalar reallaşmır və öz təsdiqini tapa bilmir”.
Proseslər hökumət əleyhinə olsa da, vəziyyət dəyişəcəyi təqdirdə, yəni Paşinyanın istefaya gedəcəyi halda Azərbaycanla münasibətlərin necə davam edəcəyi əsas suallardandır. Siyasi şərhçilər belə hesab edir ki, müxalifətin Paşinyanı devirməsi ilə Ermənistan-Azərbaycan münasibətləri yenidən sıfır nöqtəsinə gələcək. Daha doğrusu, müxalifətin hakimiyyətə gəlməsi iki ölkə arasında əlaqələrin bərpasında ciddi problemlərə yol aça bilər.
Hazırladı: Tahirə AĞAMİRZƏ