Pandemiyadan sonra Azərbaycanın quru sərhədlərinin bağlı qalması insanlarımızda müəyyən suallar və narazılıqlar yaratsa da region ölkələrində cərəyan edən məlum hadisələr sərhəd qapılarımızı hələ də bağlı saxlamağımızın səbəbini bir daha hamımıza aydın edir. O da bəllidir ki, dövlətimiz xüsusən indiki mürəkkəb dövrdə milli təhlükəsizlik məsələlərinə xüsusi önəm verir.
Azərbaycan vətəndaşları, "Dövlət nəyisə qadağan edirsə və ya hamı üçün təəccüblü görünən hansısa addımı atırsa, deməli, bildiyi bir şeylər var və nə edirsə, hamısı ölkə əhalisinin təhlükəsizliyini təmin etmək üçündür" əminliyinə köklənməlidirlər.
Belə bir şəraitdə vətəndaşlarımız dövlətin atdığı addımları sorğulamamalı, əksinə dövlətə hər cür dəstək nümayiş etdirməlidirlər. Ölkəmizdəki göz oxşayan sabitlik mənzərəsinin pozulmasına imkan verməməliyik.
Tahirə AĞAMİRZƏ