09.06.2025, 11:40
AZ EN
11.03.2024, 12:41 320

Qarabağdan köçənlər Ermənistandan da köçəcəklər

YAZILAR

Bu ilin əvvəlində yaranmış "Ədalət və qayıdış" adlı milli və mədəni dəyərlərin mühafizəsi birliyinin həmtəsisçisi Armen Petrosyan Ermənistan hakimiyyətinin Qarabağdan könüllü köçən ermənilərə münasibəti barədə " raparak" ın müxbiri Hayka Aloyana açıqlamalar verib. O, deyib ki, hakimiyyət yalnız hədd-buluğa çatmamışları geri qaytarmamaq şərti ilə 3 milyon dram verir. Bu isə 4 nəfərdən ibarət ailəyə xüsusilə indiki bazar qiymətləri ilə müqayisədə kifayət etmir. İş tapmaq da problemdir. İş adamları isə boş yer olsa da "arsax"lıları işə götürmürlər ki, gələcəkdə hansısa problemlə üzləşməsinlər. Hətta onların meydançada hansısa oyunu oynamalarına da rişxəndlə baxılır. Dəfələrlə yerli cavanlarla onların arasında olan mübahisə sonra əlbəyaxa davaya çevrilib. Onlara deyirlər ki, qorxaqlıq edib qaçdınız və s.

Qarabağdan köçənlərin az bir hissəsi məskunlaşma da "əksəriyyət darısqal və şəraitsiz yerlərdə əziyyət çəkirlər və belə yaşamaqdansa Xankəndiyə qayıtmağı arzulayırlar. Amma indiki iqtidarla bu mümkün deyil" - deyən A.Petrosyan əlavə edib ki, artıq səkkiz mindən çox "arsaxlı" Ermənistanı birdəfəlik tərk edib. Baharın gəlişi ilə əlaqədar isə bu proses sürətlənəcək və Ermənistanı on minlərlə insan tərk edəcək. Hakimiyyətə də elə bu lazımdır  deyən birlik rəhbəri 44 günlük müharibədəki məğlubiyyətin ermənilərin mədəniyyətinə, milli dəyərlərinə, gələcəyinə böyük zərbə endirdiyini, həmçinin erməni dövlətçiliyinin dilemma qarşısında olduğunu vurğulayıb.

Bir daha xatırladaq ki, bu biabırçı reallığın səbəbi isə, əlbəttə, ermənilər özləridir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər