18.10.2024, 22:19
AZ EN
20.01.2024, 16:32 207

Azərbaycanşünas qadın tarixi faktlara erməni gözü ilə baxır

YAZILAR
  • Azərbaycan xalqının tarixinə qanlı faciə ilə yazılan 20 Yanvarla bağlı ermənilərin və havadarlarının sərgilədiyi münasibət yenidən vurğulamağa əsas verir ki, onlar hər bir olaya, hətta faciəyə məhz öz bəsit düşüncələrindən irəli gələn qeyri-insani yanaşmalarından qaynaqlanır.

 Bu, Azərbaycanşünas erməni qadın Tatevik Hayrapetyanın ARM NewsHour tele portalında yayılmış videoçarxda da açıq-aydın göstərilir. Həmin qadın dili kəkələyər deyir ki, guya 34 il əvvəl yanvarın ikinci ongünlüyündə azərbaycanlılar, xüsusilə qaçqınlar Bakıdakı ermənilərə və digər qeyri-müsəlmanlara qarşı çoxsaylı basqınlar etmiş, xeyli adamı qətlə yetirmiş, hökumət isə seyrçi mövqe tutmuşdur. Bir neçə gün davam edən qanlı olaylardan sonra isə SSRİ rəhbərliyi həm də şəhərdəki qanunsuzluğa və dövlət çevrilişi cəhdinə son qoymaq məqsədilə nizam-intizam yaratmaqla başlayıb. Erməni qadın daha sonra belə bir böhtan da atır ki, guya həmin vaxt dinc sakinlər deyil, silahlı millətçilər həlak olublar. Halbuki dünyaya məlum olan və təkzib olunmaz həqiqətdir ki, 20 Yanvar şəhidləri sırasında müxtəlif xalqların nümayəndələri, qocalar, uşaqlar vardır.

Tariximizə təkcə faciə kimi deyil, həm də şərəf, ləyaqət, qəhrəmanlıq günü daxil olan 20 Yanvar şəhidlərinin, eləcə də bütün şəhidlərimizin əməlləri, adları və ruhları önündə əbədi ehtiramlı olmaq isə  borcumuzdur.

Nəsib

Oxşar xəbərlər