22.11.2024, 12:55
AZ EN
17.01.2024, 14:56 247

Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir

YAZILAR
  • "Fransa Senatı hökumətin Azərbaycana qarşı sanksiya tətbiqi üçün qətnamə qəbul etdiyinə dair xəbərlər yayılıb. Sənəddə Azərbaycana qarşı sanksiyaların tətbiqi tələbi ilə yanaşı “erməni əhalinin Qarabağa qayıtmaq hüququna zəmanət verilməsi” tələb olunub".

Bunu Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb. Politoloq qeyd edib ki, Fransa Senatı oxşar qətnaməni 15 noyabr 2022-ci il tarixində də qəbul etmişdi. İl yarım bundan əvvəlki qətnamə belə adlanırdı: “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi”.

Fransa Senatının Azərbaycan əleyhinə 15 noyabr qətnaməsi ilə kifayətlənməyərək 17 yanvarda yeni qətnamə qəbul etməsinə toxunan politoloq qeyd edib ki, bu, Parisin ölkəmiz əleyhinə siyasətinin davamı deməkdir: "Fransa Ermənistanla Azərbaycan arasında sülh əldə olunmasını istəmir. Çünki bu halda Ermənistanın Azərbaycanla yanaşı Türkiyə ilə də münasibətləri normallaşacaq. Bu isə Fransadakı siyasi mərkəzlərin maraqlarına cavab vermir. Belə olan halda Azərbaycan da Fransaya adekvat cavab vermək məcburiyyətindədir. Azərbaycan Parlamentinin Fransa ilə bağlı sənəd qəbul etməsi ilə yanaşı bu ölkə ilə siyasi və iqtisadi əlaqələrə yenidən baxılması üzərində düşünməliyik. Misal üçün Fransanın “Total” neft şirkətinin Azərbaycanın “Abşeron” qaz yatağındakı payından gəlir əldə etməsi və bu gəllirin bir hissəsinin bizə qarşı siyasət yürüdən Fransa büdcəsinə daxil olması nə dərəcədə indiki vəziyyətə uyğundur? Bu sualın müzakirəsi Bakının Parisə ciddi mesajlarından biri olar", - deyə E.Şahinoğlu vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər