24.04.2025, 00:38
AZ EN
17.01.2024, 09:44 360

Paşinyan yeni günahkarlar axtarır

YAZILAR
  • Rusiya meylli "Hraparak" media şirkətinin bu gün səhər tezdən yaydığı "Rusiya əleyhinə yürüş yeni güc toplayır. Paşinyan yeni günahkarlar axtarır" başlıqlı məqalədə yazılıb ki, baş nazirin komandası Azərbaycan Prezidentinin bu yaxınlarda yerli televiziyalara verdiyi müsahibədə Rusiya əleyhinə heç bir tənqidi fikir səsləndirməməsi başadüşüləndir. Bunun səbəbi isə Rusiyanın Ermənistanla olan hərbi müttəfiqlik öhdəliklərinə guya məhz Azərbaycanın mənafeyi naminə əməl etməməsidir.

Ermənistan hakimiyyəti hələ də dərk etmək istəmir ki, ötən ilin sentyabrında bir günlük lokal antiterror əməliyyatı Azərbaycanın öz suveren ərazisində keçirilib və 30 ildən də çox davam edən separatçı rejim özünün fiziki xilası üçün təslim olub, sonra isə Qarabağda yaşayan ermənilər arasında təxribat törətməklə onların Ermənistana köçməsini təşviq və təşkil edib. Beynəlxalq siyasətdə bu və ya digər dövlətin öz suveren ərazisindəki qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsi üçün gücdən istifadə etməsinin qəbuledilən olduğunu mentalitetlərinə xas  tərsinə qavrayan ermənilərin indi Qərbin, xüsusilə Fransanın diktəsi ilə kimisə günahkar hesab etməsi əslində gülünc yanaşmadır.

Gülünc görünən bir məqamda odur ki,erməni iqtidarı Azərbaycan ordusunun lokal antiterror əməliyyatına başlamazdan bir az əvvəl bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığına müəyyən məlumat verməsi ilə bağlı ermənilərin cəfəng fikirlər irəli sürməsidir. "Hraparak" yuxarıda adı çəkilən məqalədə  vurğulayır ki,baş nazir Nikol Paşinyan istirahətdə olarkən ona baş çəkməyə gələn vəzifəli partiya yoldaşları ilə qeyri-rəsmi söhbət zamanı Rusiya və Qərblə bağlı bir sıra incəliklərdən danışıb və Rusiyaya qarşı təbliğat aparılması işinə start verib.

Məhz bundan sonra Ermənistan hakim dairələri 10 noyabr tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ifadəsinin olmadığını bildirməklə həm də Rusiyaya tabe olmadıqları barədə mesaj ünvanlayıblar. Bundan əlavə məhz iqtidarın sifarişi ilə İrəvan şəhər meriyası yanvarın 21- də anti-Rusiya yürüşün keçirilməsinə nəinki icazə verib,həm də həmin aksiyada daha çox adamın iştirakının təmin edilməsi üçün orta məktəblərdə,ali tədris müəssisələrində,ümumiyyətlə dövlətdən maliyyələşən bütün yerlərdə əməli fəaliyyətə keçiblər.Agentlik sonda xatırladır ki, sözügedən etiraz aksiyası Aleksandr Miyasnikyanın abidəsinə yaxın yerdə start götürəcəkdir.

Biz isə gözləyək, görək haylar bu dəfə hansı xarici oyuncuun oyuncağı olacaqlar.

Nəsib Qaramanlı

Oxşar xəbərlər