Bir gün də çəkməyən lokal antiterror əməliyyatında başlarına dəyən yumruğu qəbul edərək özünü buraxdığını elan edən separatçı rejimin rəhbərliyindəki bəzi haylar İrəvanın mərkəzindəki isti yuvalarında yenə sərsəmləməyə başlayıblar. Özünü keçmiş separatçı rejimin "dövlət naziri" kimi təqdim edən Artaq Beqleryan "Hraparak"ın müxbiri Karen Kerimyana müsahibəsində deyib ki, onlar "arsax xalqı"nın legitim hakimiyyətini təmsil edirlər və müxtəlif səfirliklərə müraciət edərək geri qayıtmalarına kömək istəyirlər. Bunun üçün xüsusi proqram da hazırlanacağını vurğulayan separatçı inanır ki, beynəlxalq dəstək sayəsində əvvəlki status-kvo bərpa ediləcək. Bu isə erməni xəstəliyinin yenə baş qaldırdığı və heç zaman aradan qalxmadığını yenidən isbatlayır.
Nəsib