09.06.2025, 11:18
AZ EN
05.12.2023, 12:33 234

Qərbi Azərbaycan İcması hayları yenə silkələdi

YAZILAR

Ermənistanın nüfuzlu "Hraparak" media şirkətinin müxtəlif yazılı və elektron yayımlarında Qərbi Azərbaycan İcması barədə yazılar səngimək bilmir. Bir qayda olaraq böhtanlar yağdıran və  hətta  Azərbaycanla bağlı adi reallığı əks etdirməyən "Hraparak"ın  bu günkü yayımında bildirilir ki, dekabrın 5-də Qərbi Azərbaycan İcması  Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunması ilə bağlı 20 ölkədən gəlmiş 40 nümayəndənin də qatıldığı beynəlxalq konfrans keçirir.

Qərbi Azərbaycan İcmasının rəhbəri millət vəkili, tanınmış tədqiqatçı alim Əziz Ələkbərlinin "Ermənistanın fəaliyyəti nəticəsində orada bir nəfər də olsun azərbaycanlı qalmayıb" fikrini isə sözün həqiqi mənasında xəstə təxəyyüllə "şərh edən" nəşrin Qarabağdan özləri könüllü gedən ermənilər barədə yazdığı isə bir daha göstərir ki, Azərbaycanın, o cümlədən Qərbi Azərbaycan İcmasının qonşularla sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün apardığı siyasət hayların etnik mentalitetinə görə, ərazi iddiasıdır. Bu düşüncə isə ilk növbədə hayların özlərinə zərbə ilə yekunlaşa bilər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər