Ermənistan mətbuatı yazır ki, dünən Ermənistan və İran xarici işlər nazirləri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 78-ci sessiyasında təkbətək görüşüblər. Ararat Mirzoyan erməni xisləti ilə Azərbaycanın ünvanına növbəti ittihamlar səsləndirərək guya Qarabağda etnik təmizləmə aparıldığı barədə əsassız fikirlər səsləndirib. Bütün beynəlxalq qurumları və güclü dövlətləri separatçıları dəstəkləməyə çağırıb. İran rəsmisi bildirib ki, həm Azərbaycan, həm də Ermənistanla qonşu olan İran İslam Respublikası tərəflər arasında vasitəçi olmağa həmişə hazırdır. O, "unudub" ki, Qarabağdakı separatçı rejim tərəf deyil və Azərbaycan öz ərazisində yerləşən terrorçu qurumu ləğv etmək hüququna malikdir.
Xatırladaq ki, 1992-ci ilin mayında İranın zəmanəti ilə elan olunan atəşkəs Şuşanın işğalı ilə nəticələnib. Bundan əlavə İslam Respublikasının ermənilərə isti münasibəti barədə yüzlərlə tarixi faktlar mövcuddur.
N.Qaramanlı