Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev mətbuata açıqlamasında bildirib ki, Ermənistan artıq özünü mina terrorunun memarı kimi təsdiqləyib:
"Bu terror son 30 ildən artıq müddətdə fasiləsiz olaraq Azərbaycana qarşı davam edir. Son dövlərdə həm rusların müvəqqəti yerləşdiyi ərazilərdə, həm də Azərbaycanın Ermənistanla şərti sərhədində erməni silahlı dəstələri tərəfindən yeni minalar ərazilərimizə basdırılmaqdadır. Bu günə qədər artıq 307 Azərbaycan vətəndaşı ermənilər tərəfindən yerləşdirilən minalarda yaralanıb və ya həyatını itirib. Azərbaycanın hüquq mühafizə orqanları ərazilərimizin minalardan təmizlənməsinə, bu minalardan zərər çəkən şəxslərə ödənilən maddi vəsaitləri və digər bütün xərclərini nəzərə alaraq bu kompensasiya məbləğini Ermənistan tərəfindən Azərbaycana ödənilməsinə nail olmalıdırlar. Digər tərəfdən isə minaların döşənməsinə aid faktlar və ya görüntülər əldə olunduğu halda bu fəaliyyətləri həyata keçirən heyət tam tərkibdə məhv edilməlidir ki, Ermənistan tərəfi Azərbaycanın bu məsələdə qərarlılığını anlamış olsun", - deyə ekspert fikrini tamamlayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ