Bu barədə ordumuzun artan gücünü şərh edən hərbi ekspert, polkovnik-leytenant Elxan Şıxəliyev deyib: "Power” indeksi əslində dünya ölkələrinin indiki yeni geosiyasi vəziyyətin qiymətləndirilməsi üzərindən diqqətə alınası vəziyyətdir. Yəni, hərbi gücün hansı vəziyyətdə olması ölkələrin birbaşa müdafiə doktrinası və müdafiəsi konsepsiyasını əhatə edən bir kriteriyadır. Ona görə düşünürəm ki, Pakistanın 8-ci, Türkiyənin 11-ci, Azərbaycanın 57-ci və bizi sevməyən ölkələrin bizdən geridə yer alması strateji müttəfiqlərimiz ilə bərabər təhlükəsizliyi təmin edə biləcək bir orduya malik olduğumuzu göstərir", - deyə ekspert bildirib.
"Global Fire Power"ın sıralamasında il yarımdır Rusiyaya müqavimət göstərən Ukrayna ordusunun da mövqeyi 22-dən 15-ci pilləyə yüksəlib. İllərdir dünyanın ən güclü ordularından sayılan rus ordusunun isə hərbi potensialının tükəndiyi hesab edilir. Şirkətin reytinq cədvəlində ilk onluqda yer alan dörd ölkə məhz NATO üzvüdür. Onların müdafiə xərcləri alyansın tələblərini belə ötüb. ABŞ hərbi xərcləri artan inflyasiyaya baxmayaraq 877 milyard dollar təşkil edir ki, bu da qlobal hərbi xərclərin 39 faizini deməkdir. Böyük Britaniyanın hərbi büdcəsi 65, Fransanın 56, İtalyanın 31 milyard dollar təşkil edir.
Qeyd edək ki, Türkiyə öz valyutası ilə müdafiəyə ən çox büdcə ayıran NATO üzvüdür. Qardaş ölkənin 2023-cü ildə ümumi daxili məhsulunun 1,31 faizini təşkil edən müdafiə xərcləri 339,9 milyard türk lirəsinə çatıb. Azərbaycanda müdafiə xərclərinə gəlincə isə 2023-cü ilin büdcəsində ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərclər 6 milyard 54 milyon 844 min 623 manata çatdırılıb. (AZƏRTAC)