Son günlər müntəzəm olaraq Azərbaycan-Ermənistan şərti sərhədində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında təxribatların baş verməsi, o cümlədən Laçın sərhəd-buraxılış məntəqəsinə atəş açılması faktları bunun bariz sübutudur. Ekspertklərə görə sülh danışıqlarının intensivləşdiyi bir vaxtda Ermənistanın müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun bölmələrinə qarşı terror təxribat əməlləri törətməsi təsadüfi deyil.
Politoloq İlyas Hüseynov AZ.TV-yə açıqlamasında bildirib ki, Ermənistan tərəfi həm regionda təhlükəsizliyə təhtit dörədir, digər tərəfdən həm də Azərbaycanla şərti sərhədə müxtəlif qüvvələri cəlb edir: “Ermənistana silah verilməsi ilə bağlı vəddən sonra Ermənistan ciddi şəkildə aqressivləşib və bölgədəki yeni geosiyasi reallıqları dəyişmək, revanşist ritorikaya sadiq qalmaq siyasi xəttini tutub. Bu da, əlbəttə ki, regionda hazırkı durumda sülh danışıları ilə bağlı həyata keçirilən mühüm prosesə ziddir”, - deyə politoloq vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ