- "Hraparak"ın baş redaktoru, müxalif qaynana ləqəbli Armine Ohanyan "Balıq başdan...." başlıqlı məqaləsində yazır: "Əyri güzgülər dünyasında yaşayırıq. Hər şey elə görünür ki, bilmirsən nə edəsən, ötən ictimai həyatımızı necə geri qaytaraq”. 1988-90-cı illərdə baş verən olayları, dəqiq desək soydaşlarımızın faciələri baş verən dövrü və onu törədənləri az qala gözyaşları ilə yada salan müxalif qaynana 44 günlük müharibədəki məğlubiyyətə də əsil erməni xisləti ilə baxır və yenə də "Paşinyan əraziləri təhvil verdi", - deyə xəstə təxəyyülə rəvac verir.
Hakimiyyətdəkilərin xalqı düzgün tərbiyə (?) etmədiyi kimi məntiqsiz iradlar irəli sürən Armine onu da vurğulayır ki, Artur Hovhanisyan, Hakop Arşaktan, həmçinin öz qızının əri olan spiker Alen Simonyan müxalif ictimai-siyasi xadimləri təhqir etməklə "şef" Paşinyanın nəzərində daha da etibarlı görünməyə çalışırlar. Cəmiyyətdəki deqredasiyanın təməlində iqtidar komandasının siyasətini görən müxalif qaynana ermənilərin bizdən oğurladıqları "balıq başdan iylənər" məsəlini də yazısının başlığına çıxarmaqda isə özünü haqlı sayır.
N.Qaramanlı