22.11.2024, 19:23
AZ EN
23.05.2023, 08:34 200

Paşinyana hücumlar artır

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında səsləndirdiyi fikirlər ermənilər tərəfindən birmənalı qarşılanmayıb. O, bildirib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü keçmiş DQ da daxil olmaqla tanıyır. Jurnalistlərin müxtəlif suallarına məhz peşəkar jurnalist kimi cavab verən Paşinyan xüsusi vurğulayıb ki, "arsax"ın  Ermənistan SSR tərkibinə daxil olması barədə 1989-cu ildə qərar qəbul edilməsinin heç bir hüququ əsası olmayıb. O vaxt SSRİ mövcud idi və SSRİ Ali Soveti ermənilərin bu istəyini qəbul etməmişdi.

Paşinyan bu sözləri, əlbəttə, tarixi faktlara əsaslanaraq bəyan edib və  bu fikrə dəstək olaraq bir əlavə etmək istərdik: tutaq ki, Ermənistan SSR ali soveti  Krasnodarın öz tərkibinə daxil olunması barədə də qərar qəbul edə idi, onda həmin ərazi Ermənistanınmı ərazi bütövlüyünə daxil olacaqdı? Əlbəttə, yox! Bu baxımdan Nikol Paşinyanın ərazi bütövlüyü ilə bağlı sərgilədiyi mövqe başadüşüləndir.

Vartan Poğosyan kimi politoloqların sərgilədikləri mövqe isə açıq-aydın göstərir ki, onlar nəinki beynəlxalq siyasətdən, adi normal düşüncədən məhrumdurlar.

N.Qaramanlı

Oxşar xəbərlər