06.05.2025, 01:25
AZ EN
11.05.2023, 22:28 304

Üzeyir Cəfərov: “Bütün dünya gördü ki, Ermənistanın sülh müqaviləsini imzalamaq, sülhün və əmin-amanlığın bərpa olunmasında heç bir marağı yoxdur

YAZILAR
  • Məlum olduğu kimi, tərəflərin danışıqlara hazırlaşdığı bir zamanda Ermənistan qəsdən və bilərəkdən yeni təxribatlara əl atdı.

Məsələ ilə bağlı ARB 24 kanalına açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu təxribat gözlənilən idi: “Məsələ burasındadır ki,  Şuşada keçirilən atəşfəşanlıqdan sonra mən erməni sosial siqmentinə diqqət yetirəndə gördüm ki, ermənilər çox təlaş keçirirlər, müxtəlif fikirlər səsləndirirlər.Onların arasında erməni dilində də, rus dilində də yazan vardı. Amma bu təxribatın əsası,  hesab edirəm ki, bir neçə gün bundan öncə qoyulub və Xankəndində separatçılar tərəfindən təşkil olumuş etiraz aksiyası, o cümlədən Moskvada keçirilən  görüşlər, bütün bunlar deməyə əsas verirdi ki,  həm də Rusiya sülhməranlı komandanın Azərbaycandan, yəni Bakıdan əli boş qayıtması,  Ermənistan silahlı qüüvvələri tərəfindən hansısa bir təxribatların keçiriləcəyini zəruri edirdi və dünən Moskvadan da bir açıqlama var idi. Bu, Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova  tərəfindən bir açıqlama idi. Mən düşünürdüm ki, mütləq şəkildə bunlar hansısa bir təxribatı həyata keçirəcəklər. Amma təxribatın minaatanlardan istifadə edilməklə həyata keçirilməsi, bu o deməkdir ki,  qarşı tərəf həqiqətən də Azərbaycan ordusunun, belə deyək,  əsəbləri ilə oynayır”.

Hərbi ekspert daha sonra əlavə edib ki, Azərbaycan Müdafiə Nazirliyinin səhər saatlarında Ermənistan silahlı qüvvələrinin vəziyyəti daha da gərginləşdirərək  minaatanlardan atəşə davam etməsi  xəbəri onu deməyə əsas verir ki,  Ermənistan bu danışıqlar prosesini pozmaqda  israrlıdı və  üçüncü bir tərəfi  dövrəyə salmaq istəyir: “Üçüncü tərəf də kimdir, bu gün kimi aydın məsələdir. Amma Azərbaycan ordusu da  zəruri cavab tədbirləri  görür və həmin o Basarkeçər  tərəfindən açılan  atəşləri susdurmaq üçün  adekvat addımlar atır.  Adekvat addımlar dedikdə, yəqin ki,  həmin o nöqtələrlə bağlı  mənə elə gəlir ki, biz yaxın dəqiqələrdə  hansı nəticə var,  onu eşidəcəyik. Lakin  Ermənistan da artıq etiraf edir ki,  Azərbaycanın atdığı  addımlar nəticəsində bizim əsgərimizin, müddətdən artıq xidmət edən hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadənin şəhid olması xəbərini və Ermənistan müdafiə nazirliyi özlərinin də 3 hərbi  qulluqçusunun itirilməsi  xəbərini də təsdiqləyir”.

Hərib ekspert onu da vurğulayıb ki, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə xəbərdarlıq etmişdi ki, qarşı tərəf hər hansı bir təxribat həyata keçirəcəksə,  Azərbaycan ordusunun cavabı sərt və qəti olacaq və elə də oldu: “Danışıqlar prosesi düşünmürəm ki, bununla pozulsun, amma Ermənistan bu təxribatla bütün dünyaya sübut edir ki,  onun sülh müqaviləsini imzalamaq və sülhün və əmin-amanlığın bərpa olunmasında heç bir marağı yoxdur”, - deyə Ü.Cəfərov bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər