23.12.2024, 06:54
AZ EN
27.04.2023, 14:53 162

Paşinyan köhnə yalanları yeni iclasda da təkrarladı

YAZILAR
  • Bu gün Ermənistan hökumətinin növbəti iclası keçirilib. İclasda 3 məxfi olmaqla bir neçə məsələ barədə fikirlər səsləndirilib.

2022-ci ilin dövlət büdcəsinin necə yerinə yetirilməsi barədə danışılarkən ölkədə guya iqtisadi inkişaf olduğu bildirilib. Baş nazir digər ölkələrlə müqayisədə Ermənistanın borcunun az və ödəniləcək miqdarda olduğunu məhz özünün və komandasının uğuru kimi dəyərləndirib.

Ermənistanın baş naziri N.Paşinyan və təhlükəsizlik şurasının katibi A.Qriqoryan bu dəfə də erməni ənənəsinə sədaqət nümayiş etdirərək 10 noyabr üçtərəfli bəyanatın guya Azərbaycan tərəfindən pozulduğunu bildiriblər.

Xatırladaq ki, həmişə olduğu kimi, bu günkü iclas da müxalifət tərəfindən birmənalı şəkildə tənqid edilməkdədir.

Nəsib

Oxşar xəbərlər