17.09.2024, 00:54
AZ EN
27.04.2023, 13:11 239

Erməni rəqqas müharibə istəyir

YAZILAR
  • "Karin" mahnı və rəqs qrupunun təsisçisi Qaqik Qinosyan adlı erməni "Hraparak"ın əməkdaşı Sona Adamyanla müsahibəsində incəsənət adamı deyil, əsil terrorçu olduğunu sübuta yetirib. O, Azərbaycan Ordusunun şanlı qələbəsindən hələ də özünə gələ bilməyən erməni xalqını yeni müharibəyə, son nəfərədək "vətəni qorumağa" çağırıb.

Həyasızcasına deyib ki, müharibə etməsək, daha çox ərazi itirilməsinə şahid olacağıq. Bəzi şəxslərin bundan sonra gənclərin qırılmaması üçün siyasi manevrlər edilməsinin, sülh sazişinin vacibliyini ehtiyatla da olsa bildirməsini xalqı təslim olmağa çağırış kimi dəyərləndirən bu tülkü sifətli rəqqas onu da bildirib ki, heç kəs bizim əvəzimizə vuruşmayacaq. Beynalxalq təşkilatlar isə yalnız bəyanat yayıb vuruşmamağı məsləhət etməklə məşğuldur.

O, belə bir böhtan atır ki, guya Zəngəzurda Azərbaycan əsgərləri yaxınlıqda olan erməni evlərinə girib sakinləri hədələyərək onların ərzağın əllərindən alır. Talan olduğu qədər də gülməli olan bu söz də məhz erməni mentalitetinin irəli gəlir.

Bu isə qürurlu faktdır ki, rəqqasın dedikləri həm də erməni ordusunun Azərbaycan Ordusu qarşısında dovşan olduğunu isbatlayır.

Bəs, müharibə tərəfdarı olan bu rəqqas müharibə olarsa, özü də iştirak edəcəkmi sualının cavabı isə belədir: edəcək, İranda öyrəndiyi kömək rəqsini əsgərlərimiz üçün oynayacaq. Özü də sakkalını və başını tərtəmiz qırxandan sonra.

N.Qaramanlı

Oxşar xəbərlər