Arxalı köpəyin Rusiya liderindən imdad diləməsi erməni həyasızlığının növbəti nümunəsidir! Və Həyasızcasına fitnəkarlıq! Dünya güclərinin Ukrayna üzərindən haqq-hesab çəkdiyi, hətta mümkün razılaşma naminə “güzəşt”ə getməyə hazırlaşdığı Rusiya ilə gərginliyin pik həddində Putinə ünvanlanan bu müraciətin başqa adı yoxdur! Erməni separatçıları birləşmiş Qərblə mübarizədən Rusiyanın “qalib” ayrılmasını intizarla gözləyir. Əli azərbaycanıların qanına bulaşmış cinayətkar Balasanyanın özündə "cəsarət tapıb" Rusiya liderinə belə bir müraciət göndərməsi daha çox bu inama söykənir. Bu müraciətin İrəvan və Bakı arasında sülh sazişi mətnibib razılaşdırılmasından sonraya təsadüf etməsi isə separatçılığın kökünün haralara gedib çıxdığına, haradan və kimlərdən güc aldığına da işarədir.
Olsun! Bu da təzə deyil. Təkcə son 30 ildə başımıza gətirilənlər yox, lap 200 il qabağa baxanda erməni separatizminin kökü də, haralardan və hansı mənbələrdən qidalandığı da aydın olur! Amma...
Erməni riyakarlığı elə bir tarixi fürsətdə işə salınır və incə məqama toxunulur ki, qeyri-adekvat reaksiya gözlənilməz nəticələr doğura bilir...
Balasanyan alman faşizmi üzərində qələbənin 80-ci ildönümü ərəfəsində Putinə müraciətində iki incə məqamı xüsusi olaraq qabartmaqla öz aləmində Rusiya liderini diqqətini çəkməyə çalışır:
-Qarabağ erməniləri “Böyük Vətən müharibəsində qələbə qazanmış xalqın nəslindən olan insanlar” kimi qələmə verilir;
-Azərbaycanın suveren ərazsi olan Qarabağ bölgəsi yenə də erməni separatçılarının “tarixi torpaqları” adlandırılır.
Hər ikisi yalandır və əgər separatçılar bu cür yalanlarla yenə də Rusiyadakı ermənipərəst qüvvələrə güvənirsə, yanılırlar. İndi dövr nə 1905-1907, nə 1948-1953, nə də 1988-1991-ci illərdəki deyil, dünya çox dəyişib. Elə Rusiyanın özü də!
Əslində ermənilərin Qarabağa qayıdıb azərbaycanlılarla birlikdə yaşamaq istəyi yeni deyil. Baxmayaraq ki, ermənilər bu haqqı 2023-cü ilin sentyabrında birdəfəlik itiriblər. Antiterror tədbirlərinə qədər onların belə bir imkanı vardı. Həm də çox geniş. Amma tarixi şansı qaçırdılar, 44 günlük müharibədən sonra rəsmi Bakının açıq mesajlarına, prezident İlham Əliyevin "silahı yerə qoyun, Azərbaycan vətəndaşlığını qəbul edin, adam balası kimi dinc və sülh şəraitində yaşayın" çağırışlarına məhəl qoymadılar. Nəricəsini cəmi bircə gün davam edən antiterror tədbirlərində gördülər, şahidi oldular, yaşadılar...
İki ildir Qarabağa qayıtmaq hüququ əldə etmək üçün çarpışır, yalvarır, havadar axtarır, kömək və yardım istəyir, imdad diləyir. Çifayda!
Bəs, niyə Vitali Balasanyan? Antiterror tədbirləri zamanı Qarabağı könüllü tərk edərək Ermənistana qaçanların geri qayıtmaq arzusunun reallaşma Rusiya liderindən kömək istəyən, ondan vasitəçilik etməsini arzulayan Balasanyan əslində kimdir? Onu belə bir müraciətə vadar edən nədir?
Bir daha xatırlayaq:
Vitali Balasanyan 1988-ci il fevralın 22-də baş vermiş məşhur “Əsgəran hadisələri” təşkilatçı, erməni quldur dəstələrinə “Atəş açın, öldürün!” əmri verən fitnəkar cəlladdır. Onun haqqında açılmış cinayət işi 1991-ci ilə qədər davam edib, həmin sənədlər hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunda saxlanılır, maraqlananlar gedib baxa bilərlər. Amma onu daha yaxından tanımaq üçün bir neçə il əvvəl baş verənləri yada salmalıyıq.
1988-ci il fevralın 20-də Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu ilə yaşayan və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətindəki (DQMV) ermənilər Azərbaycan SSR-nin tərkibindən çıxıb Ermənistan SSR-nin tərkibinə girməklə bağlı qərar qəbul etdilər. 1991-ci ildə DQMV erməniləri saxta referendum keçirməklə “müstəqillik”lərini elan ediblər. Bədnam məşhur iqtisadçı akademik A.Aqanbekyan və Fransa erməniləri bu məsələdə ilkin provokator rolunu oynadılar. DQMV Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxaraq Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərarından iki gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayiş keçirdilər. Ermənilər atəş açmaqla iki azərbaycanlı gənci - Əli Hacıyevi və Bəxtiyar Quliyevi qətlə yetirdilər. Qarabağ münaqişəsində ilk qanın tökülməsi, iki azərbaycanlının öldürülməsi faktını o zamankı SSRİ-nin Baş Prokrorunun birinci müavini F.Katusev Mərkəzi Televiziyada çıxış edərkən təsdiqlədi.
İki azərbaycanlı gəncin intiqamını almaqdan ötrü Ağdamdan Xankəndinə yürüşə gedən əhalinin qarşısını o zamankı kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova yaylığını yerə atmaqla alıb. Fevralın 22-də Dağlıq Qarabağda, Əsgəranda ermənilərin tökdüyü ilk qan 4 gün sonra Sumqayıtda təkrarlandı. Fitnəkarcasına qurulmuş təxribata uyğun olaraq bir neçə sumqayıtlı erməni Ermənistandan xüsusi göndərilən ermənilər tərəfindən öldürüldü və bu fakt bütün dünyaya azərbaycanlıların erməniləri öldürməsi kimi təqdim edildi.
Həmin qanlı cinayətin əsas iştirakçılarından olan axtarışa verilməsi ilə əlaqədar 1988-ci ilin fevralından Qarabağdan uzaqlaşsa da, sonradan geri qayıdaraq qondarma “artsax”ın “quruculuğu”nda fəal iştirak edib. O, 1996-1998-ci illərdə diviziya komandiri, 1998-1999-cu illərdə tanınmayan DQR Müdafiə Ordusunun komandirinin müavini, 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə tanınmayan qondarma rejimin “müdafiə naziri”nin müavini olub. 2000-2005-ci illərdə "Artsax Müharibəsi Veteranları Birliyi" ictimai təşkilatına rəhbərlik edib. 2000-ci ildə general-mayor rütbəsi alıb. Əsgəran rayonundan kənarda, o cümlədən Ağdam və Horadiz əməliyyatlarında iştirak edib. 2002-ci ildə "Arsax Qəhrəmanı" adına “layiq görülüb”. 2016-cı ilin “Aprel döyüşlərin”də də iştirak edib.